
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalanın öldüyünə bağlı ictimai mediada yayılan iddialara bağlı Twitter hesabından açıqlama verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bozdağ açıqlamasında bildirib: “İctimai mediadakı Abdullah Öcalanın öldüyü xəbərləri əsassız, uydurulmuş, provakasıya xarakterlidır”. Bozdağın əsas sözçüsü Adnan Boynukara da Twitter hesabından bu mesajı paylaşıb: “Öcalanın öldüyünə bağlı xəbərlər əsassızdır, yalandır. Bu xəbərlərin hamısı provakasiya məqsədlidir”.
Modern.az