Sevgilisi ilə yanaşı, özünü də məzara qoyan adam. “İncir Reçeli” filminin ikinci hissəsində baş qəhrəman Mətinin davranışı məhz belə xarakterizə etmək olar. Sevgilisi Duyğu QİÇS xəstəliyindən öləndən sonra bu adam yalnız fiziki olaraq mövcudluğunu davam edir, həyata heç bir mənəvi bağlılığı qalmır, Lakin ona aşiq olan İzci adlı cəsur qız Mətini həyata qaytarmaq üçün əlindən gələni edir və özünü sevdirməyi bacarır.
Azərbaycanın premium kinoteatrı “28 Cinema”da bu film premyeradan öncə media üçün nümayiş etdirilib. Türkiyədə isə film premyerası günü 300.000-dən çox tamaşaçı toplamağı bacarıb. Bakıda filmin bu gündən “28 Cinema”da nümayişi başlayır.
Qeyd edək ki, məşhur filmin ikinci hissəsinin izlənmə göstəricisi birincidən yüksək olub. Belə ki, film yayımlandığı 40 həftə ərzində ümumilikdə 251 min nəfər tərəfindən izlənmişdi. Yeni filmin izlənmə göstəricisi isə ilk üç gündə 288 378 olub. Beləliklə də film bir neçə gün ərzində 3 milyon lirədən çox gəlir əldə edib
Romantik drama janrında çəkilən “İncir reçeli 2” sübut edir ki, insan hər cür vəziyyətdə, hər halı ilə yenidən aşiq ola bilər. Filmin rejissoru Aytaç Ağırlar, baş rolların ifaçıları tanınmış müğənni Halil Sezai Paracıkoğlu, Şafak Pekdemir, Sinan Çalışkanoğlu kimi məşhur türk aktyorlarıdır.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.
F.Əliyeva