Modern.az

Müxalifət parlamentin binasını yandırdı - FOTOLAR

Müxalifət parlamentin binasını yandırdı - FOTOLAR

Təhsil

30 Oktyabr 2014, 21:42

 

Afrikanın qərbində yerləşən Burkino-Fasonun paytaxtı Uaqaduquda müxalifətlə güc strukturları arasındakı qarşıdurmada ən azı 5 nəfər həlak olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, prezidenr Bleza Kompaorenin 27 illik idarəçiliyi dövründə ən genişmiqyaslı etiraz aksiyasıdır.

Müxalifətin kütləvi etirazı oktyabrın 30-da parlamentin ölkə Konstitusiyasına dəyişikliyə hazırlaşdığı məlum olandan sonra başlayıb.

Konstitusiyaya nəzərdə tutulan dəyişiklikdə 1978-ci ildə çevriliş nəticəsində hakimiyyətə gələn Kompaorenin 2015-ci ildə keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürməsi hüququ nəzərdə tutulur. Bu gün səhərdən müxalifət parlament binasına girməyə cəhd edib, nəhayət bunu bacarıblar və binaya od vurublar. Etirazçılar televiziya mərkəzini də lə keçirəndən sonra dövlət telekanalının verilişlərinin yayımı kəsilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı