Modern.az

Ukraynadakı “Yeni Rusiya Respublikası”nda dəhşətli məhkəmə - VİDEO

Ukraynadakı “Yeni Rusiya Respublikası”nda dəhşətli məhkəmə - VİDEO

Təhsil

30 Oktyabr 2014, 22:05


Ukraynanın Şərqindəki separatçı qüvvələrin “Kabus” briqadasının komandiri Aleksey Mozqovoyun internetdəki səhifəsində qondarma “Yeni Rusiya”nın ilk xalq məhkəməsi” ilə bağlı videoyazı yerləşdirilib.

“Yeni Rusiyada ilk xalq məhkəməsi” adlı video YouTube-də də yayılıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, görünür ki, naməlum kişini “xalq məhkəməsi” keçirilən binaya gətirirlər. Məhkəmənin rəyasət heyətində Mozqovoy özü də oturub. Yaraqlılardan biri qərar oxuyur: “1977-ci il təvəllüdlü Ananyev İqor Vladimiroviçi ən yüksək cəzaya –güllələnməyə məhkum edilsin”. Zaldakı həm hərbçilər, həm də mülki şəxslər əllərini yuxarı qaldıraraq bu qərarın lehinə səs verirlər.

Növbəti kadrda ittiham olunan dizləri üstə çökərək ağlayır. Ananyevin törətdiyi cinayət isə açıqlanmır. Hökmün yerinə yetirilib-yetirilmədiyi isə məlum deyil.

“Xalq məhkəməsi”ndəki növbəti proses, videoya görə zorlama ilə bağlıdır. Bu prosesdə çıxarılan hökmlə bağlı videoçarxda məlumat yoxdur.

 



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı