Modern.az

Əhməd Davudoğlu Türkiyənin “qanadlanacağı” vaxtı AÇIQLADI

Əhməd Davudoğlu Türkiyənin “qanadlanacağı” vaxtı AÇIQLADI

Təhsil

31 Oktyabr 2014, 00:40

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə yaşanan proseslərlə bağlı yeni açıqlamalar verib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir rəsmi Ankaranın qarşısına məqsəd qoyduğu “çözüm sürəci” siyasətinə toxunub.

Əhməd Davudoğlu bildirib ki, bu, Türkiyənin gələcəyi baxımından önəmlidir. “Türkiyə bu məsələni həll edəndən sonra bütün ağırlıqlardan qurtulacaq və bir növ qanadlanacaq. Hökumət olaraq bu istiqamətdə  ümidimizi də, prinsipiallığımızı da qoruyuruq”.  

Türkiyənin hökumət başçısı qeyd edib ki, ölkədə yaşayan ələvilərlə bağlı da yeni bir açılım siyasəti başlana bilər.

Baş nazir Türkiyə ilə Azərbaycanın birgə enerji layihəsi olan TANAP-dan da danışıb. Əhməd Davudoğlu söyləyib ki, Türkiyə ilə Azərbaycan əl-ələ verərək xəyal edilən bir layihəni əməli istiqamətdə gerçəkləşdirib.    

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı