
Ötən gecə Brüsseldə Rusiya, Ukrayna və Avropa Birliyi arasında təbii qazın qış aylarında Ukraynaya nəql olunması ilə bağlı razılşama imzalanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşmaya əsasən Ukrayna tərəfi ilin sonuna qədər Rusiyaya qaz istehlakına görə ödəməli olduğu 5,3 milyard dollarlıq borcunun 3,1 milyardlıq hissəsini qaytarmalıdır. Bunun müqabilində “Qazqprom” qış ayları üçün gələcəkdə ödəmək şərti ilə əlavə təbii qaz nəql edəcək.
Müqavilənin altından Rusiya və Ukrayna energetika nazirləri Aleksandr Novak, Yuri Prodan, Avropa Komissiyasının erengetika siyasətinə cavabdeh şəxsi Günter Ettinger imza qoyublar. “Qazprom” şirkətinin prezidenti Aleksey Miller Rusiyanın 2015-ci ilin martına qədər Ukraynaya nəql edəcəyi qazın hər min kubmetri üçün 100 dollar güzəşt edəcəyi və satışı 378 dollardan həyata keçirəcəyini bildirib.
Modern.az