Modern.az

İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi açılır

İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi açılır

Təhsil

31 Oktyabr 2014, 12:38


Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İsrailin Hayfa Universitetinin nümayəndələrini qəbul etdi. Modern.az-ın məlumatına görə, qonaqları salamlayan Səməd Seyidov onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, Azərbaycan və İsrail arasında olan əlaqələrdən danışaraq, iki ölkə arasında, nəinki siyasi sahədə, təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu qonaqların diqqətinə çatdırdı. Əməkdaşlığın yeni imkanlar açacağını deyən rektor, professor Səməd Seyidov əlaqələrin genişlənməsi üçün imzalanan müqavilənin əhəmiyyətini qeyd etdi. ADU ilə İsrail arasında əlaqələrin inkişafında İsrailin Azərbaycanda fəaliyyət göstərən səfirliyinin xidmətindən danışan rektor səfirliyə təşəkkür etdi. O, universitetdə İsrail və Yaxın Şərq araşdırmalar mərkəzinin fəaliyyət göstərdiyini və əlaqələrin genişlənməsində səfirliyin rolunu xüsusi vurğuladı. O, bu mərkəzin gördüyü işlərin vacibliyindən söz açdı. Rektor Səməd Seyidov Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzinin açılmasını yüksək qiymətləndirdi və bu mərkəzin fəaliyyətinə  dəstəyin vacibliyini xüsusi vurğuladı. 

Qonaqlar ADU-da olmaqdan məmnun olduqlarını bildirdilər və universitet əməkdaşlarını Hayfa Universiteti adından salamladılar. Onlar Hayfa universitetində Ezri mərkəzinin komandası olaraq bu sahədə Azərbaycanla-universitet və elmi mərkəzlərlə əlaqə qurmaqda maraqlı olduqlarını qeyd etdilər. Hayfa Universitetinin nümayəndəsi və  Ezri mərkəzinin direktoru,  professor Soli Şahvar İsraildə Azərbaycanşünaslıq mərkəzinin açılmasının universitet tərəfindən maraqla gözlənildiyini bildirdi. O, mərkəzin bu ilin sonunda açılacağını qeyd etdi. Professor Soli Şahvar mərkəzin qarşılıqlı fəaliyyətin ikitərəfli əməkdaşlığa yol açacağını sözlərinə əlavə etdi. Azərbaycan Dillər Universiteti və digər  universitetlər, eyni zamanda akademik mərkəzlər ilə bu cür əlaqələrin qurulması ikitərəfli elmi mübadilənin inkişafına yardım edəcəyini bildirdilər.

Görüşdən sonra Azərbaycan Dillər Universiteti  və İsrailin Hayfa Universiteti arasında anlaşma memorandumu imzalandı. 

Anlaşma memorandumunda Hayfa Universiteti ilə Azərbaycan universitetləri arasında tələbə və müəllim mübadiləsi, Azərbaycan tələbələri üçün İsraildə, İsrail tələbələri üçün Azərbaycanda təhsil səyahətləri mübadiləsinin təşkili, tələbələrin təqaüd, qrant və tələbə təqaüdü ilə təmin olunması, Azərbaycan və İsrail alimlərinin tədqiqat proqramlarına, simpoziumlarına və konfranslarına qoşulmaq imkankı, mühazirəçilər üçün fondlardan müəyyən qrantların alınması, hər iki tərəfdə kitabxana kolleksiyasının artırılması üçün müxtəlif mənbələrlə (kitablar, materiallar və s) təmin olunması və mübadiləsi nəzərdə tutulub.

Görüşdə Milli Məclisin deputatı Asim Mollazadə, Hayfa Universitetinin doktorantı Emil Abramoff da iştirak edirdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı