“Mən qadınların bələdiyyələrdə liderliyi ələ almasını istəyirəm”.
Modern.az xəbər verir ki, bunu USAİD-in maliyyələşdirdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda keçirilən konfransda Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə söyləyib.M. Səlimzadə deyib ki, QHT-lərin bələdiyyələrlə əməkdaşlığı apardıqları maarifləndirmə işləri təqdirəlayiqdir. M. Səlimzadə deyib ki, QHT-lərin bələdiyyələrlə əməkdaşlığı apardıqları maarifləndirmə işləri təqdirəlayiqdir: “Yerli özünüidarəeetmənin öz çətinlikləri var. Qadınların yerli özünüidarəetmədə iştirakı prosesinə əvvəlki seçkidə başlamışıq. O dövrdə qadınların seçki prosesinə cəlb olunması, bələdiyyə institutunda fəaliyyət göstərməsi bir qədər kampaniya xarakterli oldu. Amma növbəti bələdiyyə seçkisində ötən dövrdə əldə olunan təcrübə, yaşadığımız problemlər göstərdi ki, bu mərhələdə qadınların bələdiyyə seçkilərində iştirakına böyük diqqət və qayğı göstərməklə yanaşı, seçim prosesində bir qədər ehtiyatlı olmalıyıq. Bələdiyyə seçkilərində iştirak etmək istəyən hər bir qadın öz seçimi ilə bağlı öncədən xeyli düşünməlidir. Bələdiyyə işində iştirakın nə dərəcədə məsuliyyət tələb etdiyini özləri müəyyənləşdirməlidirlər.
Xüsuən istərdim ki, QHT-lərdə, idarəçilikdə çalışan qadınlarımız, idarəçilikdə müəyyən təcrübəsi olan müəlllimlərimiz, həkimlərimiz bu prosesə qoşulsunlar. Gənc ailə qurmuş qadınların bələdiyyə seçkiləri prosesinə qoşulması və seçilməsi sonra problemlər yaradır. Əgər gənc ailə qurman qadınlar bu seçki prosesində iştirak etməyə qərar verirlərsə, onlarla ətraflı maarifləndirici söhbətlər aparmaq lazımdır. Çünki əvvəlki dövrdə gənc ailə qurmuş qadınlarla bağlı ciddi problemlər yaşandı. Yeni ailə qurmuş qadınların seçkidə iştirakı və sonra bələdiyyələrdə fəaliyyət göstərməsi onların son nəticədə istefası ilə nəticələndi.
O qadınlar seçki prosesində iştirak etməlidirlər ki, bələdiyyələrdə idarəçilik sistemində sona qədər fəaliyyət göstərə bilsinlər. Yerli özünüidarəetmə orqanlarınla çalışmaq asan iş deyil. İstər kişi, istər qadın olsun, bu iş vaxt, vaxtsız, reqlamentdən kənar iş tələb edir. Gərək buna da hər bir qadının ailə vəziyyətinə uyğun olaraq imkanı olsun. Hesab edirəm ki, bu sahədə maariflərndirici iş aparılmalıdır. Xüsusən institutları bitirən gənc mütəxəssslərin də bələdiyyə seçkilərində iştirakı vacibdir”.
M. Səlimzadə Azərbaycanda növbəti bələdiyyə seçkilərinin gərgin mübarizə şəraitində keçəcəyini söyləyib: “Çünki əhali arasında bələdiyyələrin işində iştirak etməyə maraq xeyli artıb. İnsanlar, syiasi partiyalar dərk edirlər ki, bələdiyyələrin perspektivi var. Hazırkı bələdiyyə üzvləri də yenidən seçilməkdə maraqlıdırlar. Maraq artıbsa, hamı bu mübarizəyə hazır olmalı, vətənlaşlarla münasibətlərini tamam fərqli müstəvidə qurmalıdırlar. İnsanların sorğularına vaxtında, düzgün cavab vermək, ünsiyyət qurmaq qabiliyyəti bələdiyyə seçkilərində qələbədə mühüm rol oynayacaq”.
M. Səlimzadə bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvlərinin iştirakı ilə Respublika müşavirəsinin keçirilməsinin vacib olduğunu qeyd edib: “Əgər bələdiyyələrdə fəaliyyət göstərən komissiyalardan birinə, məsələn, sosial komissiyaya qadın rəhbərlik etməsə, qızlarla, qadınlarla bağlı sosial problemlərin həllinə necə nail ola bilərik? Bələdiyyənin 3-4 daimi, maaş alan işçisi, olacaqsa, çalışmalıyıq ki, ən azı biri qadın olsun”.
Namidə Bingöl