Modern.az

Deputat bələdiyyələrin nüfuzunun aşağı olmasının səbəblərindən DANIŞDI

Deputat bələdiyyələrin nüfuzunun aşağı olmasının səbəblərindən DANIŞDI

Təhsil

31 Oktyabr 2014, 12:52


“Hazırda ən böyük nöqsan bələdiyyələrlə bağlı əhalidə düzgün təsəvvürün olmamasıdır. Bələdiyyələr 15 ildə uğurlar qazanıblarsa, bu, çox yaxşı haldır. Ancaq hamı durub bələdiyyələrin nöqsanından danışır. Nöqsandan danışmaq, nəzəriyyə söyləmək asandır, ancaq bələdiyyələrə iş görməyə kömək etmək çox çətindir”.

  Modern.az saytının məlumatına görə, bunu  USAİD-in maliyyələşdirdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda keçirilən konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev söyləyib.

T. Rzayev deyib ki, xarici ölkələrdə bələdiyyələrin 150-200 illik təcrübələri var və geniş maliyyə imkanları var. Onun sözlərinə görə, parlamentin iclasında bəzən millət vəkilləri çox qəribə fikirlər söyləyirlər: “İzah edəndə etiraf edirlər ki, bu məsələlər barədə məlumatsızdır. ”.

Deputat qadınların bələdiyyələrin işinlə aktiv iştirak etməsinin tərəfdarı olduğunu bildirib: “Bələdiyyə seçkiləri zamanı regionlarda olduq qadınların və gənclərin bələdiyyələrə gəlməsini istərdik. Bir çox qadınlar, gənclər bələdiyyələrə seçildilər. Lakin bir neçə ay keçdi, hətta mənim yaşadığım rayonda qadın bələdiyyə sədri istefa vermək istədiyini bildirdi. Biz o qadınların istefa verməməyə çağırdıq, kömək etdik, icra qurumları da kömək etdi və qadınlar bələdiyyələrdə fəaliyyətlərini davam etdirdilər. Ona görə də qadınlar bələdiyyələrə üzv seçilməkdən qorxmamalıdırlar”.  

T. Rzayev qeyd edib ki, hazırda ən böyük nöqsan bələdiyyələrlə bağlı əhalidə düzgün təsəvvürün olmamasıdır: “Bir çox vətəndaşlar bələdiyyələrə vergilər ödəmirsə, bələdiyyə fəaliyyətini necə qura bilər? Bununla belə, bələdiyyələrin gələcəyinə nikbin baxmaq lazımdır. Bəziləri deyirlər ki, bələdiyyələrə ehtiyac yoxdur. Lakin Azərbaycan demokratik ölkədir, yerli özünüidarəetmə vacibdir. Necə ola bilər ki, vətəndaşlar müəyyən problemlərin həllini üzərinə götürməsinlər? Biz bələdiyyələri hörmətdən salmağa yox, nüfuzunu qaldırmağa çalışmalıyıq”.  

Namidə Bingöl 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı