Modern.az

Deputatdan SSRİ-nin eks baş nazirinə ETİRAZ: “O hələ SSRİ-də qalıb”

Deputatdan SSRİ-nin eks baş nazirinə ETİRAZ: “O hələ SSRİ-də qalıb”

Təhsil

31 Oktyabr 2014, 12:57


“Nikolay Rıjkov kimi adamlar hələ SSRİ rəhbərliyində vəzifədə olarkən həyata keçirdikləri əməllərə görə cavab verməlidirlər. Elə Rıjkov kimilərinin qəbul etdikləri siyasi qəraralara görə  keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda çox  insanlar əzab çəkməli olub”.

Bunu Modern.az saytına  açıqlamasında Milli Məclisin deputatı, Avronest Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov  SSRİ-nin keçmiş baş naziri, Rusiya Dövlət Dumasının  erməni-Rusiya parlamentlərarası komissiyanın həmsədri Nikolay Rıjkovun İrəvanda Dağlıq Qarabağın Avrasiya Birliyinə daxil olmasının mümkünlüyü  ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib. “

Nikolay Rıjkov hələ elə fikirləşir ki, SSRİ-də yaşayır.  Mən onun dediyi sözləri, fikirləri Sovet İttifaqının məhsulu kimi qəbul edirəm. Ona görə bu insanın bu fikirlərini ciddiyə almaq lazım deyil”-deyə deputat vurğulayıb.   F. Muradovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda  həmsədr olan ölkənin rəsmi nümayəndəsinin belə bir mövqeyi təəssüf doğurur.  “Rıjkov anlamalıdır ki, Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisi olub və belə də olacaq. Dağlıq Qarabağın heç vaxt hər hansı  ittifaqa müstəqil olaraq qoşulması mümkün olmayacaq. Azərbaycan isə işğalçı dövlətlə bir ittifaqda ola bilməz”.  

Qeyd edək ki, Ermənistanda olan N.Rıjkov İrəvanda keçirdiyi brifinqdə “biz Dağlıq Qarabağı Avrasiya Birliyi tərkibində görməyə şad olardıq” fikrini səslənidirib.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı