Braziliyanın San-Paula şəhərinin “Korintians” futbol klubu xüsusi qəbiristanlığını açacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunda sonra klubun azarkeşləri öz istəklərinə uyğun olaraq vəfat edəndə öz istəkləri ilə sevimli oyunçularının yanında dəfn oluna biləcəklər.
Qəbiristanlığa “Həmişə Korintians” adı veriləcək. Braziliya klubunun administrasiyası yeni qəbiristanlıqda dünyasını dəyişən bir neçə futbolçunun da nəşini dəfn etməyi planlaşdırır. Ulduz futbolçuların qəbirlərinin yanındakı torpaq sahəsi bir neçə min dollar olacaq. 2013-cü ilin yayında ölən “Korintians”ın qapıçısı Jilmarın da qəbrinin yeni qəbiristanlığa köçürüləcəyi istisna olunmur. O, bu klubun heyətində 500 iyuna çıxıb. Braziliya millisində isə iki dəfə dünya çempionu olub.
Cənubi Amerikanın artıq bir neçə klubunun eksklüziv qəbiristanlığı var, onlardan biri də Argentinanın “Boka Xuniors” komandasıdır.Modern.az