Modern.az

Vasif Talıbov cəbhə xəttinə getdi – FOTOLAR

Vasif Talıbov cəbhə xəttinə getdi – FOTOLAR

Təhsil

31 Oktyabr 2014, 15:03

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində Əlahiddə Ümumqoşun Ordusunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Soyuq bölgəsindəki hərbi birləşmələrin döyüş fəaliyyəti xeyli yüksəldilib.

Bu Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Modern.az saytına məlumat verilib. Məlumata görə  oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlib, təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.
Tabor mərkəzində şəxsi heyətlə görüşən Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: “Sərhədlərimizi qorumaq və xidmətin nümunəvi təşkili Soyuq bölgəsində xidmət edən hərbi qulluqçuların qarşısında duran əsas vəzifələrdir". 

Ali Məclisin Sədri qeyd edib ki, insanın şəxsiyyət kimi formalaşmasında hərbi xidmət vacib amildir. Çünki hərbi xidməti uğurla başa vuran hər bir Azərbaycan gənci gələcəkdə ölkəmizin inkişafına da öz töhfəsini verəcəkdir. Bu gün Azərbaycan ordusunda yaradılan şərait xidmətin nümunəvi təşkilinə və torpaqlarımızın etibarlı müdafiəsinə tam əminlik yaradır. Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, tabor mərkəzində yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, tabor mərkəzində yenidən qurulan yataqxana, yeməkxana, anbarlar və digər xidməti binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Buraya içməli su xətti çəkilib, istilik sistemi quraşdırılıb. Tibb məntəqəsi lazımi dərman vasitələri ilə təchiz edilib. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir. Baxış zamanı şəxsi heyətin vaxtlı-vaxtında müayinə olunmasının vacibliyi bildirilib, tibbi xidmətin təşkilinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.

Modern.az
 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı