Modern.az

Azərbaycan Krasnoyarskdan gələn təyyarəni qəbul etmədi

Azərbaycan Krasnoyarskdan gələn təyyarəni qəbul etmədi

Təhsil

31 Oktyabr 2014, 15:20

Azərbaycan Krasnoyaskdan Bakıya gələn təyyarəni qəbul etməkdən imtina edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təyyarənin məxsus olduğu “Taymır” şirkəti məlumat verib. Aviaşirkətdən bildiriblər ki, “Krasnoyarsk-Bakı” aviareysi “Yemelyanovo” aeroportundan oktyabrın 29-da havaya qalxmalı idi. Lakin əvvəlcə reys gecikdirilib, daha sonra isə tamailə ləğv olunub. Nəticədə “Boing 737-800” təyyarəsinin 84 sərnişini Bakıya uça bilməyib.

“Taymır” aviaşirkətinin məlumatına görə, Azərbaycan tərəfi qış növbəsinin razılşadırılması ilə bağlı danışıqlar zamanı təyyarənin Bakıya uçuşunu qəbul etməyib. Bunun səbəbi aydınlaşdırılmayıb. Amma Bakıdan-Krasnoyarska uçuşu Rusiya Aviasiya Xidməti qadağan etməyib. Rusiya Nəqliyyat Nazirliyi məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlara başlayıb.

Krasnoyarsk-Bakı reysi ilə 2012-ci ildən bəri həftədə 1 dəfə uçuş həyata keçirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı