Modern.az

Keçmiş bakılı “KVN”çi narkotiklə tutuldu

Keçmiş bakılı “KVN”çi narkotiklə tutuldu

Təhsil

31 Oktyabr 2014, 15:34

Rusiya narkotik dövriyyəsinə qarşı mübarizə Federal Xidmətinin əməkdaşları “Şən və Hazırcavalar Klubu”nun keçmiş bakılı üzvü İlqar İmanovdan dəyəri 500 milyon dollardan çox olan 174 kiloqram narkotik vasitə müsadirə ediblər. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Federal Xidmətin direktoru Viktor İvanov məlumat verib:

“Narkotik vasitələrin müsadirəsi Domodedovo rayonunun Kolıçyovo kəndində, İlqar  İmanovun adına olan malikanədə baş tutub. Qeyd edim ki, o, kifayət qədər populyar şəxs olub və “KVN”də Bakı komandasında çıxış edib. Sovet İttifaqının mövcud olduğu illər ərzində heç bu qədər narkotika aşkar olunmamışdı”.

Onun sözlərinə görə, heroin malikanədəki mühafizəçilərin köşkündə aşkar olunub. Mühafizəçilərin ikisi də Tacikistan vətəndaş olublar. Ümumilikdə, 6 nəfərin həbs olunduğu bildirilir. Onların hamısının kriminal aləmlə əlaqələrinin olduğu bildirilir.

Məlumata görə, heroin Mərkəzi Asiyadan Rusiyaya banan gətirən yük maşınlarında gizlədilib. Əməliyyat isə 2013-cü ilıin yanvarından hazırlanıb.

 

Modern.az   

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı