Bir mənbənin məlumatına görə, bu kiçik Zaqafqaziya ölkəsində pələng, şir və ayıların saxlandığı şəxsi heyvanxanalar Ermənistanın varlı və nüfuzlu şəxslərinin populyar hobbisinə çevrilib.
Ermənistan vəhşi heyvanların ovu qanunla qadağandır, ancaq digər ölkələrin heyvanxanalarından pələng gətirmək olar. Ekzotik heyvan həvəskarları arasında “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan da var. O, Ermənistanın ən qüdrətli siyasi xadimlərindən biri sayılır. Mənbənin bildirdiyinə görə, onun ideal şəraitdə yaşayan 12-yə yaxın şiri və ağ pələngi var. Ermənistanın müdafiə nazirinin müavini, general-leytenant Manvel Qriqoryanın da şəxsi heyvanxanası var. Tavuş vilayətinin rəhbəri Ovik Abovyanın isə qonur ayıları var.

