Modern.az

Milli Şura Bakıda mitinq təyin etdi

Milli Şura Bakıda mitinq təyin etdi

Təhsil

31 Oktyabr 2014, 22:06


“Həm AXCP-də, həm də Milli Şurada müzakirələr başa çatdı. Milli Şuranın növbəti mitinqi təyin olundu. Mitinq noyabr ayının 10-da saat 3-də "İnşaatçılar" metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək”.
Modern.az saytı xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli özünün Facebook səhifəsində yazıb.

Əli Kərimli bildirib ki, mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılacaq. “İcra hakmiyyətinə müvafiq müraciət artıq göndərilib. Məncə, bu qərar yüzlərlə sosial şəbəkə fəalının təklif etdiyi, gözlənilən bir qərardır”-deyə Ə.Kərimli bəyan edib..

O, mitinqimizin əsas şüarının yenə də “Repressiyalara son, siyasi məhbuslara azadlıq!” olacağını vurğulayıb. Əli Kərimli mitinqdə sosial tələblərin də irəli sürüləcəyini qeyd edib.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı