Modern.az

8 gün əvvəl itkin düşmüş neftçinin cəsədi tapıldı: ARDNŞ-nin MƏLUMATI

8 gün əvvəl itkin düşmüş neftçinin cəsədi tapıldı: ARDNŞ-nin MƏLUMATI

Təhsil

1 Noyabr 2014, 13:37

“Azneft” İstehsalat Birliyinin N.Nərinmanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi tapılıb.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, cəsəd noyabrın 1-də saat 09.00 radələrində ARDNŞ-nin və FHN-nin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

“Məlumat üçün onu da bildiririk ki, qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yadım göstərilib və hazırda hamısı evə buraxılıb”-deyə ARDNŞ bəyan edib.

Modern.az-ın məlumatına görə, oktyabrın 23-də saat “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib, daha sonra yanğın söndürülüb.
Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılıb
4 nəfər isə dənizə düşərək, boğulub.
Hadisənin ertəsi gün itkin düşmüş 4 nəfər işçidən 3-nün cəsədi hadisə yerindən 2 kilometr aralıda tapılmışdı.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı