Oktyabrın 31-də Bakı şəhər sakini Nicat Hacıbəyli Yasamal rayonunda yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazax rayon sakini Rafət Rzayev də dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Oktyabrın 30-da isə Xəzər rayonunun Binə qəsəbə sakini Güldanə Ağayeva dəm qazından, Samux rayonu sakini Günay Məmmədova sirkə turşusundan, Tərtər rayon sakini Təranə Quliyeva kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Modern.az