Dnepropetrovskda radikallar şəhər soveti icraiyyə komitəsinin hüquq idarəsinin rəisi Biktoriya Qojiyanı zibil yeşiyinə atıblar. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, “zibil yeşiklərindəki inqilab” məmur qadına da çatıb. Radikallar onu keçmiş nazir Aleksandr Vikulla korrupsiya əlaqələrində ittiham edərək qışqırıblar. Kişilərin əhatəsində olan qadın zibil yeşiyinə atıb qapağını bağlayıblar. Bu zama kütlə Qojiyanın ünvanına təhqiredici ifadələr də işlədiblər.
Ukraynada son vaxtlar bir neçə belə aksiya qeydə alınıb. Aksiyaların əsas təşkilatçısı isə “Sağ sektor” radikal təşkilatının üzvləridir. Məsələn, sentyabrın 16-da Kiyevdə mitinq keçirənlər xalq deputatı Vitali Juravskini Ali Radanın yaxınlığında zibil yeşiyinə atıblar. Daha bir hadisə sentyabrın 27-də Odessada qeydə alınıb. Radsikal fəallar xalq deputatı Leonid Klimovu zibil yeşiyinə atmağa cəhd ediblər. Sentyabrın 29-da isə Kirovqradda millətçilər vilayət rəhbəri Sergey Kuzmenkonun başına bu oyunu açıblar.
Modern.az