Modern.az

Xanlıq kəndində 28 suriyalı erməni ailəsi yaşayır

Xanlıq kəndində 28 suriyalı erməni ailəsi yaşayır

Təhsil

2 Noyabr 2014, 02:10


Zəngilan və Qubadlı rayonunun Xanlıq kəndində 28 suriyalı erməni ailəsi yaşayır. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu noyabrın 1-də təşkil edilmiş mətbuat konfransında qondarma rejimin "Kaşatağ bölgəsi"nin infrastruktur dairə başçısı Robert Matevosyan deyib.

Suriyalı 3 ailənin Laçında yaşadığını bildirən Matevosyan erməni mənbələrini ifşa edərək suriyalı ermənilərin Qarabağda hansı mövqelərdə yerləşdirildiyini bildirib: "Onlar Xanlıq və Zəngilanda əsasən əkinçiliklə məşğul olurlar. Dövlət onlara imtiyazlı kənd təsərrüfatı kreditləri həvalə edir. Hansısa suriyalı erməni Suriyanın indiki vəziyyətində müstəqil olaraq Kaşatağda qalarsa, onlar əsl kaşatağlılar olarlar".

R. Matevosyanin bildirdiyi qondarma Kaşatağ vilayəti Azərbaycanın işğal edilmiş Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı ərazilərini əhatə edir. Və düşmən məhz bu ərazilərdə kürdlərin və Yaxın Şərqdən gələn ermənilərin məskunlaşmasını davam etdirir.

Xarici KİV-lərin verdiyi məlumatda isə Qarabağda 3 mindən çox Suriya ermənisinin məskunlaşdığı bildirilir.

Qeyd edək ki, onların hamısına qaçqın statusu verilib və hal-hazırda ermənilərin "Hayastan" fondu tərəfindən məaliyyə yardımları alırlar.

Şahin Qocayev

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı