Modern.az

Türkiyədə siam əkizləri bir-birindən ayrıldı

Türkiyədə siam əkizləri bir-birindən ayrıldı

Təhsil

3 Noyabr 2014, 09:26


Türkiyənin Kahramanmaraş Südçü İmam Universiteti (KSU) tibb fakultəsi araşdırma və tətbiq xəstəxanasına müraciət edən Feyzullah və Həvva Solaxay cütünün qız uşaqları qarınları bitişik dünyaya gəlib.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki qeysəriyyə yolu ilə alınan 5 kiloqramlıq siam əkizləri bir müddət nəzarət altında saxlanıldıqdan sonra əməliyyat üçün hazırlıq görülüb. Qarınları bitişik dünyaya gələn əkizlər, müvəffəqiyyətli bir əməliyyatla ayrılıb. Təəccüb və xoşbəxtliyi bir yerdə yaşayan ana-ata körpələrinə Esmanur və Semanur adını verib.

Sağlamlıq səbəbi ilə bir müddət xəstəxanada müalicə alan əkizlər vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz