Azərbaycan Milli Elmlər Akademiyasının Birləşmiş Veteranlar Şurasının növbəti iclasında elmi qurumda çalışan veteranlar üçün nəzərdə tutulan bir neçə vacib qərar müzakirə edilib.
Modern.az bildirir ki, şuranın sədri Rafiq Qasımovun verdiyi məlumata görə, gələn il akademiyada əmək veteranı adının verilməsi və əmək kitabçalarının hazırlanması planlaşdırılır.
Bundan əlavə, AMEA Rəyasət Heyətinin 7 may 2014-cü il tarixli qərarına əsasən, gələn il akademiyada çalışan veteranların istirahəti və müalicəsi üçün birdəfəlik müavinət verilməsi, veteranlara akademiya şəhərciyində yerləşən yeməkxanada gündə bir dəfə güzəştli xidmət göstərilməsi və digər imtiyazlar nəzərdə tutulur.
Elmin NURİ