Güclü qar yağması səbəbindən Quba-Xınalıq yolunun bağlanması barədə məlumat vermişdik.
Quba rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Arif Yusifov Modern.az saytına yayılan məlumatın əsassız olduğunu deyib:
“Qubaya yağan qar vaxtında təmizlənib. Hazırda heç bir problem yoxdur. İstər Quba, istərsə Xınalıq camaatının qaz, işıq, su baxımından da heç bir çətinliyi yoxdur”.
Gülşən RAUFQIZI