Modern.az

Britaniyalı nazirdən Qarabağla bağlı AÇIQLAMA: "Avropanın sabitliyi üçün təhlükədir”

Britaniyalı nazirdən Qarabağla bağlı  AÇIQLAMA: "Avropanın sabitliyi üçün təhlükədir”

Təhsil

3 Noyabr 2014, 12:20


“Dağlıq Qarabağ münaqişəsi narahatlıq üçün mənbə olaraq qalır”. Modern.az saytı erməni KİV-nə  istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqton Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, qoşunların təmas xəttində atəşkəs hallarının pozulmasına görə ölənlərin sayı artır.

Nazir Böyük Britaniyanın Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövqeyi barədə isə bunlar deyib: “Böyük Britaniya Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına görə ATƏT-in Minsk qrupunun həmsədrlərinə səylərinə böyük əhəmiyyət verir”.

Böyük Britaniya rəsmisi qeyd edib ki, beynəlxalq cəmiyyət də Minsk qrupunun həmsədrlərinə dəstəyi ikiqat artırmalıdır: “Avropada və regionda sabitliyə təhlükə olan bu davamlı münaqişəni, insan faciəsini qurtarmaq üçün Minsk qrupunun həmsədrlərinə beynəlxalq dəstək ikiqat artmalıdır”,-deyə Devid Lidinqton bildirib.

Aqşin Kərimov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı