
Dağlıq Qarabağ müharibəsinin gedişində ciddi dağıntılara məruz qalan Daşaltı kəndində “Hayastan” ümumerməni fondunun maliyyə dəstəyi ilə bir neçə infrastruktur layihəsi həyata keçirilir. Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, fondun maliyyə dəstəyi ilə işğal altındakı Şuşanın Daşaltı kəndində yeni məktəb, kitabxana, su xətti və kənd icma mərkəzi tikilir.
1992-ci il yanvarın 26-da o zaman müdafiə naziri olan Tacəddin Mehdiyevin başçılığı ilə Azərbaycan ordusunun Daşaltı kəndinin azad olunması üçün təşkil etdiyi uğursuz hücum 130-dan artıq hərbçimizin həlak olması ilə nəticələnib.