Ukraynada Rusiya meylli separatçıların fəallaşdığı qondarma Donetsk Xalq Respublikasında keçirilən və dünya tərəfindən tanınmayan saxta prezident seçkisinin nəticələri açıqlanıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, ötən gün keçirilən “president seçkisinin” qalibi Aleksandr Zaxarçenko olub.
Ukrayna ərazilərində yaradılmış separatçı qurumun “Mərkəzi Seçki Komissiyası”nın sədri Roman Lyaqin bildirib ki, Aleksandr Zaxarçenkonun andiçmə mərasimi yaxın zamanlrda gerçəkləşəcək.
Qeyd edək ki, Zaxarçenko bu vaxta qədər qondarma rejimin “baş naziri” vəzifəsini icra edib.
Aqşin Kərimov