Sabah Milli Məclisdə 2015-ci ilin büdcə zərfinə dair müzakirələr başlayacaq.
Modern.az saytının məlumatına görə, qanunverici orqanın 5 komitəsi birgə iclas keçirərək, büdcə zərfi ilə bağlı müzakirələrə start verəcək.
Parlamentin İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya komitələri 2015-ci ilin dövlət büdcə zərfini bir yerdə müzakirəyə çıxaracaq.Modern.az