Modern.az

Sumqayıt və “Ebola“ virusu - Səhiyyə Nazirliyi aydınlıq gətirir

Sumqayıt və “Ebola“ virusu -  Səhiyyə Nazirliyi aydınlıq gətirir

Təhsil

3 Noyabr 2014, 16:19

“Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən, respublika üzrə bütün səhiyyə idarələrinə “Ebola” virusuna qarşı həyata keçirilən tədbirlərin gücləndirilməsinə dair əmr göndərilib. Əmr yalnız Sumqayıt şəhəri üçün nəzərdə tutulmayıb”.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Nazirlik rəsmisi qeyd edib ki, mətbuatda yayıldığı kimi, xüsusi olaraq Sumqayıt şəhəri üçün əmr verilməsi xəbəri tamamilə əsassızdır. Əmr bütün respublika üzrə verilib. “O məlumatı yazan hansısa bisavad jurnalistdir. Başqa nə deyə bilərəm?”

Qeyd edək ki, mətbuatda Sumqayıt şəhərində “Ebola” həyəcanı barədə məlumatlar yer almış, şəhərdə virusa qarşı nəzarətin gücləndirildiyi bildirilmişdi.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı