Modern.az

Şagird direktor müavinini silahla vurdu

Şagird direktor müavinini silahla vurdu

Təhsil

3 Noyabr 2014, 21:48


Ankara Esertepede olan Mustafa Necati orta məktəbində oxuyan Ulaş A. adlı orta məktəb şagirdi məktəbin direktor müavini Hayri Ö.yü silah ilə yaralayıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə gələn 112 təcili xidmət briqadaları yaralanan direktor müavininə ilk yardım edəndən sonra onu Dışkapı Təhsil və Araşdırma Xəstəxanasına aparıblar.

8-ci sinif şagirdi Ulaş A. hadisə yerindən qaçsa da, hüquq-mühafizə orqanları qısa müddət sonra onu yaxalayaraq 0polis mərkəzinə aparıblar. Bəzi şagirdlər isə Ulaş A.nın dərslərə girmədiyini və direktor müavinini yaralayanın daim məktəbdən qaçdığını iddia ediblər. Polis hadisə ilə bağlı istintaq başlayıb.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı