Türkiyəli siyasi ekspert Çingiz Aktar rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsindəki rolunu şərh edib. Modern.az-ın məlumatına görə politoloq, jurnalist Çingiz Aktar Ermənistanın 1in.am saytına açıqlamasında bildirib ki, Türkiyənin sülhyaratma prosesindəki rolu heç bir əhəmiyyətə malik deyil: “Bu münaqişədə əsas oyunçular Azərbaycan, Ermənistan və Rusiyadır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə Rusiyadan fərqli olaraq əhəmiyyətli rol oynamırlar. Nə Türkiyə, nə də Fransa Dağlıq Qarabağ münaqişəsinin taleyini həll edə bilmirlər”,-deyə Çingiz Aktar söyləyib.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutan görüşündə razılıq əldə olunmasına dair yayılan məlumatları şərh da şərh edib. Siyasi təhlilçinin fikrincə, Qarabağ probleminin həlli ilə bağlı Rusiya hər hansı razılıq verməzsə, Fransada əldə olunmuş razılıqların heç bir təsiri olmayacaq.
“Biz yüzlərlə belə görüşlər, müzakirələr, danışıqlar görmüşük, amma heç bir şey olmayıb. Tərəflər Rusiyanın necə reaksiya verəcəyini gözləməlidir”. Jurnalist bu qənaətdədir ki, Qarabağ probleminin nizama salınması prosesində Türkiyənin Ermənistanla qarşılıqlı əlaqələri qaçılmazdır. Onun təbirincə desək, Türkiyə Dağlıq Qarabağdan Ermənistan qoşunlarının çıxarılmasını tələb etməli deyil: “Türkiyə Ermənistanla sərhədi açmaq üçün Dağlıq Qarabağdan erməni qoşunlarının çıxarılmasını ilkin şərt kimi irəli sürür. Amma Türkiyə Dağlıq Qarabağ münaqişə zonasında nələr olduğu haqda anlayışlara malik deyil. Türkiyə üçün tək yol regionda aparıcı oyunçu olmaq və erməni-tür sərhədini açmaqdır”.
Aqşin Kərimov