Modern.az

” Aşura mərasimləri”ndə 9 ölü, 32 yaralı

” Aşura mərasimləri”ndə 9 ölü, 32  yaralı

Təhsil

4 Noyabr 2014, 00:12


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şiələrin İmam Hüseyn və 72 yoldaşının şəhid edilməsini xatırlama məqsədiylə təşkil etdikləri  “Aşura mərasimlərinin” təşkil  edildiyi Kazimiyyə bölgəsindəki Ədalət Polis Mərkəzinə havan topunun (minomyot) atılması nəticəsində 1 polis ölüb, 7 polis də yaralanıb.

Kazimiyyədəki hücumlarla eyni anda Bağdadın Əl-Griat, Suleyh Polis Mərkəzi və Tunis səmtində meydana gələn bombalı hücumlar nəticəsində isə 8 nəfər həyatını itirərkən 25 nəfərin də  yaralandığı bildirilib.

Yaralılar, ətrafdakı xəstəxanalara aparılarkən hücumların məsuliyyətini hələ boynuna götürən olmayıb.

Bir müddətdir qarışıqlıq, şiddət və günahsız insanların ölümünün yaşandığı İraqda İŞİD liderliyindəki silahlı qruplar ilə ordu birlikləri arasında qarşıdurmalar yaşanır. Paytaxt Bağdad başda olmaqla bir çox şəhərdə bombalı hücumlar təşkil edilir.

Gülşən Raufqızı

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı