Modern.az

Nəcati Şaşmaz “Polad Ələmdar”-dan güclü çıxdı

Nəcati Şaşmaz “Polad Ələmdar”-dan  güclü çıxdı

Təhsil

4 Noyabr 2014, 00:17


“Pana film” idarə heyətinin sədri və “Kurtlar Vadisi” serialının baş rol ifaçısı Nəcati Şaşmazın vəziyyəti yaxşılaşıb.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun həkimləri jurnalistlərə açıqlamasında bildirib.

Xəbər verdiyimiz kimi “Kurtlar Vadisi”nin 236-cı seriyasının çəkilişi zamanı yerin sürüşkən olmasından dolayı avtmobil qəzası keçirən aktyorun çənə sümüyü sınmışdı. 

N. Şaşmazın çənəsində 2 yerdə qırıq olduğu müəyyənləşərək dərhal əməliyyat olunub. 2,5 saat davam edən əməliyyatdan sonra hazırda həkimlər onun həyati təhlükəsi olmadığını vurğulayaraq “Nəcati serialdakı  Polad Ələmdar qədər güclüdür” deyə bildirib və aktyorun danışmasında hər hansı problem olmadığını söyləyib.  

Nəcati Şaşmaz Polad Ələmdar rolunda çəkilir.

Gülşən Raufqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı