Modern.az

Dini Komitənin adından saxta məlumatlar yayılır - XƏBƏRDARLIQ

Dini Komitənin adından saxta məlumatlar yayılır - XƏBƏRDARLIQ

Təhsil

4 Noyabr 2014, 10:06



“Son günlər elektron mediada Məhərrəm ayı, xüsusilə Aşura günü ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından məqsədli şəkildə bəzi fikirlər yayılıb və həmin fikirlər Dövlət Komitəsinin rəsmi mövqeyi kimi müzakirəyə çıxarılıb. Bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin [email protected] adında elektron poçt ünvanı yoxdur və bu ünvandan media qurumlarına göndərilən elektron məktublar Dövlət Komitəsinə aid deyil”.

Bu barədə Modern.az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və konkret məsələlərlə bağlı mövqeyi barədə informasiyalar Komitənin rəsmi internet saytından – www.scwra.gov.az və Mətbuat Katibinin elektron ünvanından - [email protected] yayılır.

“Media qurumlarından xahiş olunur ki, digər elektron ünvanlardan daxil olan və mənbəyi məlum olmayan məlumatları Komitənin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur.

Eyni zamanda bildiririk ki, Dövlət Komitəsi tərəfindən müvafiq araşdırma aparılır və məsələ ilə bağlı zəruri tədbirlər görüləcək”.

Qeyd edək ki, dünən [email protected] elektron ünvanından əksər KİV-lərə məktub göndərilib. Bəzi KİV-lər həmin məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından yayımlayıb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı