“Əvvəla, Müsavat Partiyası Qərargahına hər hansı şəxsin istefa ərizəsi ilə müraciət etməsi haqqında məlumat daxil olmayıb. Nəsib Nəsibli isə istefa verməsi üçün Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib. Əlavə nəsə demək istəmirəm”.
Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.
İltizam Əkbərlinin istefasına gəlincə, başqan müavini bununla bağlı şayiələrin yer aldığını söyləyib: “İltizam Əkbərlinin Müsavat Partiyasından istefa verməsi uydurmadır. Belə hadisə baş verməyib. Bu yaxınlarda İltizam Əkbərlinin bacısının yas mərasimində bir yerdə olmuşuq. Onun partiyadan istefa verməsi fikri yoxdur. Bu tip xəbərlər yalan informasiyadır”.
Qeyd edək ki, Müsavat Partiyasından bir-birinin ardınca istefalar davam edir. Modern.az-a daxil olan məlumata görə, sabiq deputat İltizam Əkbərlinin partiyaya gəlməməsi onun partiya sıralarından istefa verməsi ilə bağlıdır.
Namidə BİNGÖL