Modern.az

Dilqəm Əsgərovun oğlu: “Atama və Şahbaz Quliyevə işgəncə verirlər”

Dilqəm Əsgərovun oğlu: “Atama və Şahbaz Quliyevə işgəncə verirlər”

Təhsil

4 Noyabr 2014, 12:52

“Sonuncu dəfə Kəlbəcər girovlarına oktyabr ayının 6-da baş çəkilib”.

Bunu Modern.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

“Qondarma respublikada girovlar üçün keçirilən “məhkəmə” müddətində onlara baş çəkilməsi üçün Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi təşəbbüs göstərə bilərmi” sualına komitə rəsmisi belə cavab verib: “Qızıl Xaç Komitəsi girovlara baş çəkməkdə davam edəcək”.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a açıqlamasında hazırda Avropa Məhkəməsinə müraciət etmək üçün sənədlərin toplanması ilə məşğul olduğunu bildirib: “Atamla bağlı saytlar nə yazırsa, biz də onları bilirik. Tək bildiyim odur ki, ermənilər özlərindən yalanlar uyduraraq, girovlara işgəncə verirlər”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər.  Ermənilərin təxribatçı adlandırdığı  Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunurlar.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı