Modern.az

Bakı Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb? - Ehsan Zahidov xəbəri təsdiqləmir

Bakı Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb? - Ehsan Zahidov xəbəri təsdiqləmir

Eğitim

4 Noyabr 2014, 13:58


Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun vəzifəsindən azad edilməsi və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis təyin olunması haqda məlumat yayılıb. Digər məlumata görə, Bakı polisinin yeni rəisi vəzifəsinə isə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”nun yaydğı xəbərlə bağlı Modern.az saytına bildirib ki, nazirliyinin informasiya şöbəsinə bu barədə məlumat daxil olmayıb. “Bizdə belə bir məlumat yoxdur. Olsa niyə gizlədim ki?”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif də Modern.az-a bu barədə hər hansı informasiyaya sahib olmadığını vurğulayıb.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı