Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Gəncədə “Evdar qadınlar və gənc anaların tibbi maariflənməsi” mövzusunda seminar treninq keçirilib. 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin həkim-pediatrı Sevinc Məmmədovanın təşkilatçılığı ilə hazırlanan seminarda Bakı şəhəri 17 saylı poliklinikanın həkim-pediatrı Sevinc Xasayeva mühazirə ilə çıxış edib. Hər iki həkimin mühazirələri maraqla qarşılanıb. Bilik
Fondunun İnformasiya təminatı sektorundan verilmata görə, seminarda Bilik Fondunun Gəncə şəhər nümayəndəsi Günay Əliyeva 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Mənzər Nəzərəliyeva, həkimlər, evdar qadınlar, gənc analar və uşaq baxçalarının tərbiyəçiləri, valideyn komitələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə erkən yaşlı uşaqlara qulluq, ana südünün üstünlükləri, peyvəndlər, qurda yoluxma və ondan qorunma, antibiotiklərdən həkim məsləhəti olmadan istifadə və onun xoş olmayan nəticələri haqqında fikir mebadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

