Modern.az

Azərbaycanda qan verənlərin sayı açıqlandı

Azərbaycanda qan verənlərin sayı açıqlandı

Təhsil

4 Noyabr 2014, 16:02

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.

Nazirlik bildirib ki, aksiyalar Bakı şəhərində "Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltan-Əli" Keşlə qəsəbəsi məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran məscidində keçirilib.

"Aşura günü" ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 4 min 43 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1060 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı