Modern.az

5 il yuyunmayan insan

5 il yuyunmayan insan

Təhsil

4 Noyabr 2014, 16:23



5 ildir yuyunmayan insan xilas edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Stuttgart yaxınlığında kirayədə yaşayan tənəffüs çətinliyi çəkən 65 yaşındakı yataq xəstəsi olan kişi davamlı olaraq yumruqla divara vurduğundan qonşuları təhlükəli bir  vəziyyət olduğunu düşünərək səlahiyyətlilərə xəbər verib.

Səlahiyyətlilərin sözügedən ünvana  biolojik təhlükələrə qarşı qoruyucu paltarlarla gəlməsi hadisədən xəbərsiz olan digər qonşuların qorxmasına səbəb olub.

Evin içərisində yığılan yemək zibilləri qapının açılmasına mane olunca xilasetmə işçiləri ön qapını qıraraq içəri girmək məcburiyyətində qalıb. Çəki problemi səbəbiylə qapıdan çıxmayan adamı xərək vasitəsiylə aşağıya endirərək təcili yardıma mindiriblər.

Xilasetmə əməliyyatı sonrasında bütün avadanlıq işçilər tərəfindən dezinfeksiya edilib.

Əməliyyat barədə açıqlama verən şəxslər qapını qıraraq içəri girdiklərində qarşılaşdıqları mənzərənin və qoxunun “qorxunc” olduğunu vurğulayıblar.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı