
Azərbaycanda infrastruktur, tikinti layihələrini həyata keçirmək üçün özəl şirkətlər yaradılmalıdır və onlar məktəb binalarını, yaxud digər obyektləri tikmək üçün rəqabət şəraitində mübarizə aparmalıdırlar. Modern.az saytı xəbər verir ki, bunu 2015-ci ilin dövlət büdcəsi layihəsinin bu gün Milli Məclisin komitələrində müzakirəsi zamanı Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi məktəb binasının tikintisinə görə məsuliyyəti öz üzərinə götürməli deyil:
“Nazirlik tikinti layihələrindən uzaqlaşdırılmalıdır. Ya bunu özəl şirkətlər həyata keçirməli, ya da tikinti nazirlikləri yaradılmalıdır. Təhsil Nazirliyinin tikinti nəyinə lazımdır?! Məktəb binaları tikilir, onların davamlılıq müddəti 50 il nəzərdə tutulsa da, 3-5 ildən sonra həmin məktəblər əsaslı təmirə dayanır. Düşünürəm ki, bununla bağlı problemlər nəzərə alınııb araşdırılmalıdır”.
Onun fikrincə, cəbhəyanı bölgələrdə işləyən müəllimlər, həkimlər şəhərdə işləyən həkim və müəllimlərdən daha yüksək maaş almalıdırlar.
Aqşin KƏRİMOV