Modern.az

Belarusda bu il üçüncü cinayətkar edam olundu

Belarusda bu il üçüncü cinayətkar edam olundu

Təhsil

4 Noyabr 2014, 17:34
  

Belarusda Qomel Qrunov barəsində çıxarılan ən yüksək cəza – ölüm hökmü icra olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tələbəni öldürməkdə ittiham olunub. Bu, Belarusda 2014-cü ildə həayata keçirilən üçüncü edamdır. Edam olunan Qrunov cinayəti 2012-ci ildə törədib. O 22 yaşlı tələbə Natalya Yemelyançikovu evlərinin yanında güdərək bıçaqla qəddarcasına yüzdən çox zərbə endirib.

Belarus Avropada hələ də ölüm hökmünü tətbiq edən yeganə ölkədir. Avropa İttifaqının təmsilçiləri dəfələrlə ölkə rəhbərliyinə bu ağır cəzanın ləği ilə bağlı müraciət ediblər. Ancaq prezident Aleksandr Lukaşenko qeyd edib ki, müəyyən hallarda ölüm hökmü vacibdir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı