Modern.az

Azərbaycandakı xarici səfirləri şimal-qərb bölgəsinə apardılar

Azərbaycandakı xarici səfirləri şimal-qərb bölgəsinə apardılar

Təhsil

4 Noyabr 2014, 20:40

Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə regionların turizm imkanlarının və sosial-iqtisadi inkişafının tanıdılması məqsədilə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin şimal-qərb marşrutu üzrə səfəri təşkil olunub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edirlər. Səfər çərçivəsində diplomatların Şəki və Qəbələdə yerləşən bir sıra tarixi yerlər, turizm məkanları və Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son dövrlər istifadəyə verilmiş ictimai obyektlərlə tanışlıqları nəzərdə tutulub.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı