Modern.az

Türk məşqçi Azərbaycan milli komandasından təklif alıb - AÇIQLAMA

Türk məşqçi Azərbaycan milli komandasından təklif alıb - AÇIQLAMA

Təhsil

4 Noyabr 2014, 21:30


Türkiyənin tanınmış futbol məşqçisi olan Yılmaz Vural Azərbaycan milli komandasından təklif aldığını açıqlayıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, o, bu haqda TRT Radio 1-də “Həftənin ardından” proqramına canlı telefon bağlantısı zamanı söyləyib:

“Türkiyədə hazırda hər komandanın məşqçisi var. Beləliklə, buradakı bir komanda ilə görüşüm heç etik olmaz, elə bir davranışım da mümkün deyil. Xaricdən bir təklif var. Sevgili Bülent Uyğunun Qətərdəki uğuru ortadadır. Büləntin türk məşqçilərini təmsil etməsi çox müsbətdir”.

Onun sözlərinə görə, vaxtilə “Sivaspor” komandasının Türkiyə çempionu edən Bülənt Uyğun vasitəsilə ona Qətərin klublarından birini çalışdırması təklifi gəlib: “Büləntlə bu məsələ ilə bağlı danışdıq ki, sabah detallı bir görüş olacaq. Şərtlər uyğun olsa, böyük ehtimalla Qətərə gedə bilərəm. Azərbaycan milli komandası ilə bağlı da bir təşəbbüs var. Bu ölkədə çox təəssüf ki, qiymətimizi bir növ göstərə bilməmişik. Olsa, mən də xaricə getməyi düşünürəm”.

Qeyd edək ki, bir müddət əvvəl də Yılmaz Vural ona Azərbaycan millisinə rəhbərlik etməklə bağlı təklif gəldiyini açıqlamışdı. Təcrübəli məşqçi o zaman onun Azərbaycana gəlişinə alman mafiyasının imkan vermədiyini iddia edirdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı