Modern.az

Azərbaycanlı tələbələr Londonda ermənilərə belə cavab verdilər- FOTOLAR

Azərbaycanlı tələbələr Londonda ermənilərə belə cavab verdilər- FOTOLAR

Təhsil

5 Noyabr 2014, 04:45

Londonda keçirilən “Dünya Səyahət Bazarı - 2014” (World Travel Market-2014) ənənəvi turizm sərgisində ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təqdimatının qarşısının alınması üçün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə burada təhsil alan azərbaycanlı tələbələr Ermənistan stendinin qarşısında səssiz aksiya təşkil ediblər.

 





Azərbaycan bayraqlarını və Ermənistanın ölkəmizə təcavüzünü əks etdirən xəritələri əllərində tutan tələbələr Ermənistanın stendi qarşısında dayanaraq həqiqətə uyğun olmayan reklam xarakterli məlumatlara səssiz etirazlarını bildiriblər.
Sərgidə ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən broşürlər paylanılıb. (AzərTAc)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı