Modern.az

“Azəriqaz”da mətbuat xidmətinə təyinat olmayıb

“Azəriqaz”da mətbuat xidmətinə təyinat olmayıb

Təhsil

5 Noyabr 2014, 11:39

“Azəriqaz” İstehsal Birliyinin mətbuat xidməti işini hələlik ümumi informasiya şöbəsi icra edir”. Bunu Modern.az saytına “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsindən İbrahim Kərbalayev bildirib.

O deyib ki, ümumilikdə bütün məlumatların cavablanadırılması şöbəyə həvalə olunub, ayrıca mətbuat xidmətinin olmasına hələ ki, ehtiyac yoxdur. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi jurmalistlərin lazımi suallarını cavablandırmağa hazırdır. Mətbuat katibliyinə təyinat olarsa, bu barədə açıqlama veriləcək".

“Azəriqaz” İB-nin mətbuat katibi Araz Ağayev bir müddət əvvəl öz arsuzu ilə tutduğu vəzifədən azad edilib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz