Modern.az

Gürcüstan xarici işlər naziri və 4 müavini istefa verdi

Gürcüstan xarici işlər naziri və 4 müavini istefa verdi

Təhsil

5 Noyabr 2014, 12:30

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze keçirdiyi xüsusi brifinqdə istefa verdiyini açıqlayıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, xanım nazirlə yanaşı, onun 4 müavini də istefa verib. Bundan başqa, Pancikidze hakim “Gürcü arzusu” Partiyasından da istefa verdiyini açıqlayıb.

Maya Pancikizde ötən gün baş nazir İrakli Qaribaşvilinin istefaya göndərdiyi müdafiə naziri İrakli Alasaniyanın baldızıdır. Alasaniyanın istefasına səbəb kimi onun son çıxışı zamanı Gürcüstanın Baş Prokurorluğunu ölkənin Avroatlantik məkana inteqrasiyası yolunda maneələr yaratmaqda ittiham etməsi idi.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı