Modern.az

Ermənilərin öldürdüyü Həsən Həsənovun qardaşı narazıdır: “Ekspertizanın rəyini gecikdirirlər”

Ermənilərin öldürdüyü Həsən Həsənovun qardaşı narazıdır: “Ekspertizanın rəyini gecikdirirlər”

Təhsil

5 Noyabr 2014, 20:11

“Qardaşımın meyitini görmüşdüm, çürüməyə məruz qalmasına baxmayaraq, onun Həsən olduğunu bilirəm, amma anam, bacım, Həsənin yoldaşı məndən DNT analizlərinin cavabını tələb edir. Gözləri hələ də yoldadır. Bu analizin cavabına əsasən meyitdə zorakılıq əlamətlərinin olub-olmadığı da bilinməlidir. Amma nədənsə cavab gecikir”.

Bunu Modern.az-a girovluqda öldürülən Həsən Həsənovun qardaşı Nail Həsənov deyib. Klinik Tibbi Mərkəzdə ona cavab əvəzinə gözləmək lazım olduğu bildirilib:

“Cavabları almaq üçün Klinik Tibbi Mərkəzə getdim. Tibbi Ekspertizanın rəisi, akademik Şakir Musayev bildirdi ki, dərmanlar köhnədir, buna görə də ekspertiza üçün götürülən nümunələr Daxili İşlər Nazirliyinin laboratoriyasına göndəriləcək.

Bu gecikmənin səbəbi mənə aydın deyil. “Bu gün-sabah” dedilər artıq bir ayı keçib”.

Həsən Həsənov bu il iyun ayının 29-da Kəlbəcərin Şapılar kəndində ermənilər tərəfindən öldürülüb. Onun meyiti uzun sürən danışıqlardan sonra Azərbaycana qaytarılaraq dəfn edilib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı