Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Vneşekonombank”ın idarə heyəti sədrinin müavini olan Aleksandr İvanov Birləşmiş Ərəb Əmirliklərində istirahət edən zaman dənizdə boğulub.
1977-ci ildə Moskvada andan olan 37 yaşlı Aleksandr İvanov 2007-ci ildən “Xarici Ticarət Bankı”nda çalışıb. 2012-ci ildə isə bankın idarə heyəti sədrinin müavini seçilib. Onun atası Sergey İvanov isə Rusiyanın müdafiə naziri (2001-2007), Rusiya baş nazirinin 1-ci müavini (2008-2011), 2011-ci il dekabrın 22-dən isə Rusiya Prezident Administrasiyasının rəhbəridir.

Vüqar İsmayılov