Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin daha bir saytı fəaliyyətə başladı. Modern.az xəbər verir ki, Mərkəzin təşkil etdiyi mətbuat konfransında qurumun rəsmi mətbu orqan olan “Aydın yol” qəzetinin saytının təqdimatı keçirilib. Aydinyol.az domeni ilə fəaliyyət göstərəcək sayt qurumun ikinci elektron resursudur. Saytda həmçinin qəzetin həm köhnə nömrələrinin, həm də son sayının PDF variantını yükləmək olar. Bundan əlavə saytda aforizmlər və tərcümələr bölməsində dünya klassiklərindən maraqlı məlumatlar oxumaq mümkün olacaq.
Elmin NURİ