
“İki ildir dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin həcmi dəyişmir. Vəsaitin həcmi çoxaldılsa belə, bu bələdiyyələrin inkişafına təkan verməyəcək”.
Modern.az saytının məlumatına görə, bunu büdcə zərfinin müzakirələri zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətində inkişaf nəzərə çarpmasa da, büdcə layihəsində simvolik şəkilə olsa da, bələdiyyələrə ayrılan vəsait artırılmalı idi:
“Büdcədə göstərilən rəqəm bələdiyyələrin fəaliyyətinin düzgün qiymətləndirilməməsidir”.
Komitə sədri qeyd edib ki, “Dövlət büdcə haqqında” qanun layihəsi həddindən artıq mərkəzləşib: “Büdcə layihəsində qeyd olunub ki, 4 şəhər və 2 rayon özünü maliyyələşdirəcək. Lakin növbəti 3 il haqqında bu barədə bir şey deyilməyib”.
Aqşin KƏRİMOV